İqtisadiyyat

Banklar dollar satışnı dayandırdı - Qara bazarda kəskin bahalaşma

17-11-2016, 15:05
Banklar dollar satışnı dayandırdı - Qara bazarda kəskin bahalaşma
Xəbər verdiyimiz kimi, bu gün daha 3 bank valyuta satışını dayandırıb. Bununla da ABŞ valyutasını satmayan bankların sayı 18-ə çatıb. Noyabrın 17-də bankların dollar satışını dayandırması "qara bazar”ı canlandırıb.

 Fins.az-ın əldə etdiyi məlumata görə, bu gün "qara bazar”da 1 dollar 1. 8250 manata satılır.

ABŞ valyutasının bazarda alış qiyməti də banklardan xeyli bahadır. "Qara bazar”da dollar 1.8000 manata alınır.

Onu da deyək ki, banklar rəsmən dollar satışından imtina etsələr də ABŞ valyutasını dolayısı ilə "qara bazar”a çıxarırlar. Həm də bununla vətəndaşların əlində olan dollar toplanır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]