İdman

Hollandiya millisinin futbolçusu yaddaşını itirdi

10-11-2016, 14:59
Hollandiya millisinin futbolçusu Vinsent Yanssen Belçika ilə oyunda xoşagəlməz hadisə ilə üzləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, görüşün birinci hissəsində rəqib qapıçı Simon Minyole ilə toqquşan hücumçu yaddaşını itirib.

Bununla bağlı yığmanın baş məşqçisi Danni Blind bildirib: "Bu, xoşagəlməz hadisədir. Həkimlər mənə dedi ki, onda beyin silkələnməsi olub və təxminən 20 dəqiqə yaddaşını itirib. Yannsen meydanda nəyin baş verdiyini də xatırlamayıb. Belə vəziyyətdə ehtiyatlı olmaq lazımdır".

Administratorla əlaqə

077 611-55-22

[email protected]