İdman

Bu ölkədə bütün futbol yarışları dayandırıldı

10-11-2016, 12:19
Yunanıstanda bütün futbol yarışları dayandırılıb.
 
Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə qərarı Yunanıstan Futbol Federasiyası (YFF) verib.
 
Buna səbəb yerli Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması olub. YFF hadisədən sonra ölkədə bütün futbol yarışlarının müddətsiz dayandırıldığını açıqlayıb.
 
Yunanıstanın "Panatinaikos”, "Olimpiakos” və PAOK kimi böyük klubları federasiyanın bu qərarına dəstək veriblər.
 
Yunanıstanda bu, ilk belə hal deyil. Ötən mövsüm də analoji vəziyyət yaşanmış və PAOK-la "Olimpiakos” arasındakı matçda baş vermiş iğtişaşdan sonra ölkə kuboku uğrunda oyunlar dayandırılmışdı.
 
Qeyd edək ki, PAOK Avropa Liqaısnda "Qarabağ”la birgə J qrupunda mübarizə aparır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]