İdman

“Qarabağ” səfərdə darmadağın oldu

29-09-2016, 23:16
“Qarabağ” səfərdə darmadağın oldu

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

Xeberman.com xəbər verir ki, Azərbaycanın "Qarabağ” klubu səfərdə İtaliyanın "Fiorentina” komandasının qonağı olub.

Qarşılaşma ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Fiorentina”nın heyətində Babakar (39, 45+2) və Zarate (63, 78) dubla imza atıblar, daha bir dəfə isə Kaliniç fərqlənib (43).

Ağdam təmsilçisinin təsəlli qolunu hakimin əlavə etdiyi dəqiqələrdə Ndlovu vurub.

Qeyd edək ki, qarşılaşmanın 30-cu dəqiqəsində Elvin Yunuszadə qırmızı vərəqə alaraq "Qarabağ”ı azlıqda qoyub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]