İdman

"Slovan"ın baş məqçisi: "Qarabağ"la eyni qrupa düşmək istəmirdik"

26-08-2016, 21:47
 "Biz "Qarabağ"la eyni qrupa düşmək istəmirdik".  

"Report"un məlumatına görə, bunu Çexiyanın "Slovan" (Liberets) klubunun baş məşqçisi İndrjix Trpişovski Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib. 

O bildirib ki, püşkatmadan əvvəl məsafənin uzaqlığı və çətin rəqib olması səbəbindən Ağdam klubu ilə eyni qrupda yer almaq istəmədiklərini söyləyib: "Bunu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la üz-üzə gələn "Viktoriya Plzen"in timsalında görmüşdük. "Qarabağ" püşkatmadan öncə 4-cü səbətdə yer almışdı. Lakin bu, o demək deyil ki, rəqib çətin komandadır".

Qeyd edək ki, J qrupunda "Qarabağ"la "Slovan"dan başqa İtaliya "Fiorentina"sı və Yunanıstan PAOK-u da yer alıb.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]