İdman

“Xəzər Lənkəran” fəaliyyətini dayandırdı

6-06-2016, 19:28

"Xəzər Lənkəran” Futbol Klubu fəaliyyətini dayandırıb.

Bu barədə klubun fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə keçirilmiş iclasda qərar qəbul olunub.

Əvvəlki illərdə olduğu kimi, klub Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. "Xəzər Lənkəran” FK öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır.

***

"Xəzər Lənkəran” futbol klubunun taleyinə aydınlıq gələcək. Klubdan verilən məlumata görə, bazar ertəsi keçiriləcək daxili toplantıda komandanın gələcək fəaliyyəti müzakirə olunacaq.

2015-2016 mövsümünün yekunlarına əsasən, "ağ-yaşıllar”ın Azərbaycan Premyer Liqasında 10 komanda arasında sonuncu yeri tutublar. Reqlamentə əsasən, bu halda klub növbəti mövsüm I Divizionda mübarizə aparmalıdır. Üstəlik, AFFA Lisenziya Komissiyası "Xəzər Lənkəran”a Premyer Liqada iştirak üçün lisenziya verməyib. Klub sənədlərindəki çatışmazlıqları mayın 30-dək aradan qaldırmalıdır.

Klubdan bildirilib ki, iclasda komandanın Premyer Liqada iştirak üçün lisenziya sənədlərini AFFA-ya təqdim etmə və ya fəaliyyətini dayandırma qərarını verəcəyi gözlənilir.


 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]