İdman

«Neftçala» - «Turan» oyunu qumara qoyulub? — SON DƏQİQƏ

17-03-2016, 22:35

Futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsinin bu dəqiqələrdə keçirilən «Neftçala»-«Turan» oyunu barədə ilginc informasiya əldə etmişik.

Ölkə.Az-a daxil olan məlumata görə, hazırda matçın meydan sahibi «Neftçala» turnir cədvəlinin ilk pilləsində, qonaqlar isə sonlarında qərar tutur. Amma hazırda «Turan» 1:0 irəlidədir. Qeyd olunur ki, ilk qolu «Turan»ın, ikinci qolu «Neftçala»nın vuracağına Tbilisidə, Batumidə, Şanxay və Txaybində külli miqdarda pullar qoyulub.

Məsələnin maraqlı tərəflərindən biri budur ki, oyunun hakim inspektoru PFL prezidenti Ramin Musayevin sürücüsü, cangüdəni və qohumu Eldəniz Musayevdir.

Qeyd olunur ki, 15:00-da başlayan «Bakı»-«Zaqatala» oyununa da xeyli pul qoyuluşu var. Burada isə «Zaqatala»nın uduzmamasına daha çox pul qoyulub. Bu görüşün hakim inspektoru isə Ramin Musayevin digər yaxın adamı Rüfət Əliyevdir.

Mənbə iddia edir ki, «Neftçala» qolu məhz 70-ci dəqiqədən sonra vuracaq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]