İdman

Prezidentin fəxri ad verdiyi şəxsə "Nur inşaat"MMC qan uddurur.

14-03-2016, 13:32
Prezidentin fəxri ad verdiyi şəxsə "Nur inşaat"MMC qan uddurur. Xebrman.com saytına dəfələrlə dünya və Avropa çempionu olmuş Vüqar Namazovdan şikayət daxil olub.Şikayətdə deyilir: "Yazıb Sizə bildirirəm ki,Mən dəfələrlə dünya və Avropa çempionu olmuşam.Naliyyətlərim ölkə rəhərliyi səviyyəsində layiqincə qiymətləndirlilib.Cənab prezidentlə İlham Əliyev məni mənzillə və fəxri adlarla mükafatlandırıb. Mən idman sahəsində qazandığım bilik və təcürbəmi gələcək nəsillərə ötürmək üçün mənim kimi bir neçə yaxın idmançı dostlarımla,həyat yoldaşımın təşəbüsü ilə yeni dünya standartlarna uyğun fitness zalı açmaq qərarına gəldik.Bu məqsədlə "Nur inşaat"MMC ilə razılaşıb onlardan 1000 kvadrat metirlik yer icarəyə götürüb,təmirə başladıq. 08.10.2015 ci ildə həyat yoldaşım Namazova Sehranənin adına daşınmaz əmlakın icarə müqaviləsini imzaladıq.Təmir üçün həyat yoldaşım bankdan öz adına və atasının adına kreditlər götürdü.Mənə mükafat kimi verilən evi ,maşınımı satıb ,təmir və avadanlıqa aldıq.1200000 (bir milyon iki yüz min) xərcimiz çıxdı.Fitness klub qısa müddətdə biz planlaşdırdığımızdan da çox müştəri cəlb elədi.İlin fitness klubu seçildi.Bizim bu naliyyətlərimiz icarəyə verənin ("Nur inşaat"MMC ) bizə qarşı maneləri ilə qarşılandı.Əvvələr pik vaxtı elektrik enerjisinin və suyun kəsilməsini,texniki səbəb olduğu kimi başa düşdük.Ancaq bu kəsilmələr davamlı hal almağa başladı. 17.02.2016 cı ildən xəbardarlıq etmədən elektrik enerjisi tam kəsildi pik vaxtında.Ona görə bu dəfə "Nur inşaat" MMC şirkətinin əməllərindən bir nömrəli Bakı İnzibati İqtisad məhkəməsinə müraciət etdim.Məhkəmə bizim xeyrimizə qərar qəbul etdi.Ancaq icarəyə verən qərarın icrasına süni maneələr yaratdı.Uzun sürən danışıqlardan sonra 22.02.2016 cı ildə elektrik enerjisi bərpa olsa da,müntəzəm olaraq şəbəkədə elektik enerjisini gün- gündən azalmağa doğru getməmişdi.Paralel olaraq VİTR fitnessin su təscizatındada problemlər müşahidə olumağa başlamışdı.Yaranmış şəraiti aradan qaldırmaq üçün ,biz öz tərəfimizdən " Azərişıq " və " Azərsu" ya müraciətlər etdik.VİTR fitnessin ayrıca elektrik enerjisi və su xətti almaq üçün tələb olunan sənədləri bizi təmin etməyinizi " Nur inşaat " MMC dən xahiş edirik. Lakin icarəyə verən burda da bizə manelər yaratmağa başladı.Belə məlum oldu ki,şirkətin əmlakı ,möhürünə və fəaliyyətinə 2012 ci ildən həbs qoyulub.Bzim fitness klubun fəaliyyətinə tam manelər yaradılır.Şəxsən mənə "Nur inşaat "MMC nin rəhbəri Rüstəm Abdullayevin tərəfində çox ciddi manelər yaradılır.Yaratdığmız fitnessi ona təhvil verib getməyimiz tələb olnur. Xatırladım ki,binaya qoyulan həbsin motivləri yenidən mənə və yaxınlarıma qarşı işlədilir.”
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]