İdman

"Topaz"dan milyon udan azərbaycanlı danışdı: "Bir milyardım olsa da..."

11-02-2016, 17:04
"Topaz"dan milyon udan azərbaycanlı danışdı: "Bir milyardım olsa da..."
Ötən gün "Topaz"da Elşən Şəfiyevin 809 min 515 manat udması ilə bağlı xəbər yayıldı. Sürücü işləyən şəxsin oynadığı 5 kuponun hamısı uduşlu olub.

Məlumatın doğru olub-olmaması bir qədər şübhəli idi. Bunun mərc həvəskarlarını şirnikləndirmək üçün atılmış addım kimi ehtimal etmək də olardı. Çünki sürücü işləyən şəxsin 12 oyun üçün hər kupona 200 manat yatırması bir qədər şübhəli görünürdü. Ancaq ötən gün Sport7.az saytı ilə telefon əlaqəsi saxlayan Şəfiyev bu gün Sport7.az-ın qonağı oldu. O, sübut kimi "Topaz"dakı udduşunun bir neçə çekini də özü ilə gətirib.

Fürsətdən istifadə edib, Elşən bəyə bir neçə sual ünvanlamaq şansını da əldən qaçırmadıq. Maraqlıdı ki, 809 min 515 manat sürücünün ilk uduşu deyil. Buna qədər o, bir dəfə də yarım milyona yaxın pul udub. 

- İlk dəfədi "Topaz"da qazanırsız?
- Xeyr. 

- Buna qədər maksimum uduşunuz nə qədər olub?
- 435 min manat udmuşdum. 5 eyni kupona 25 manat oyanmışdım. Kiçik məbləğ deyildi. Buna görə həyəcanlanmışdım.  

- Məbləğin qəpiyinə qədər ödəniləcəyinə inanırdız?
- Kuponlar əvvəlcə yoxlanılmalı idi. Hər şey qaydasında olandan sonra uduşumu almaqda heç bir problem yaranmadı. "Topaz"a heç bir etirazım yoxdu. Pulumu gecikdirmədilər. Son qəpiyə qədər qarşıma qoydular ki, götürün, halalınız olsun. 12 oyun yazmışdım. 

- Hamının maraqla gözlədiyi bir sual var: həmin pulu necə xərcləyəcəksiz?
- Bu, gələcək planlara bağlıdı. Bilirsiz, mən öz sənətimi sevirəm. Şirkətdə sürücü işləyirəm. Buna qədər udduğum məbləğ qarşısında 1000 manat nə olan şeydi ki, risk etməyəm? 1-2 aydan bir belə oynayıram.

- İndiki vəziyyətdə istəsəz sizin özünüzün şəxsi sürücünüz ola bilər...
- Yox, yox... Mən elə şeyləri sevmirəm. Sadə insanam. Sənətimi sevirəm, 70 yaşım olsa da öz sənətimdən əl çəkən deyiləm. Lap  bir milyardım olsa da... Sürücü kimi həyatıma davam edəcəm.

- Əvvəlki uduşunuzdan fərqli olaraq, bu dəfə sizdən 10 faiz vergi tutulub. 80 min manat az məbləğ deyil. Bu, sizi  təəssüfləndirmir?
- Mənə ləzzət edir. Burda nə var ki? Dövlətlə dövlətçilik etməyəcəyik ki... Dövlət nə qanun qoyubsa, ona da əməl etməliyik. 

- Həqiqətən də sürücü kimi çalışmağda israrlısız?
- Allah can sağlığı versin. Xəstələnsəm, bəlkə sənətimdən əl çəkərəm. İnanın ki, bir gün maşın sürməyəndə ürəyim darıxır, nəfəs ala bilmirəm. 

- "Topaz" yazanlara məsləhətiniz nədi?
- Nə çətinlikləri olsa, mənə müraciət edə bilərlər. Bir oyunu demək olar ki, 2 saat götür-qoy edirik. Bir neçə adamla məsləhətləşirik. Birdəfəlik götürüb yazmırıq da. Gərək oyunun nə gələcəyini görəsən. Misal üçün, "Barselona" ilə "Real" oynayanda, mən komandaların bundan sonra qarşıda keçirəcəyi 12 matçı da analiz edirəm. Bundan başqa əvvəlki oyunlarını da götür-qoy edirəm. 

-Ancaq nəzərə alaq ki, "Topaz" hər ailəni xoşbəxt etmir...
- Birinci insanda şans önəmlidi. Məndə də olub ki, 500 manat uduzanda məyus olmuşam. Elə adamlar var ki, kor təbii şəkildə yazır. 

- Maraqlıdı, ölkə futboluna marağınız hansı dərəcədədi?
- Bakının "İnter" klubuna azarkeşlik edirəm. Əsasən, "Barselona" fanatıyam. Yığmalardan isə Türkiyə millisinə rəğbət bəsləyirəm. Təbii ki, öz millimizi də dəstəkləyirəm. 

Qaynar.info

 

   

Administratorla əlaqə

077 611-55-22

[email protected]