İdman

AFFA “Qarabağ”ı cəzalandırdı

11-02-2016, 14:30
AFFA “Qarabağ”ı cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib. 

Xeberman.com-uApasport.az-a istinadən verdiyi məlumatına görə, iclasda Topaz Premyer Liqasının XX turunun oyunlarında baş verən xoşagəlməz olaylar müzakirə olunub.

Yaşananlarla bağlı müvafiq qərarlar verən komitə 6 klubu cəzalandırıb.

Turda qeydə alınan 5 qırmızı vərəqə ilə üzləşən futbolçuların cəzaları fərqli olub. Jairo Filyo Rodriges ("Neftçi”) "Rəvan”, Emin Mehdiyev ("Sumqayıt”) "Zirə”, Tağim Novruzov (AZAL) "Kəpəz”, Yasin Həmid ("Rəvan”) "Neftçi” ilə görüşdə ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırıb. 

Bu futbolçuların hər biri klubunu 200 manat ziyana da salıb. 6 futbolçusu sarı vərəqə alan "Rəvan” daha 1000 manat ödəməli olacaq.

"Qarabağ”la matçda birbaşa qırmızı vərəqə alan Ruslan Cəfərov isə 2 oyunluq cəzaya məruz qalıb. O, "Xəzər Lənkəran”ı 2000 manat cərimələnməsinə səbəb olub.

Bu qarşılaşmada meydan sahiblərinin azarkeşləri stadiona limon atıb. Arenaya kənar əşya atmaları klubun 2000 manat cərimələnməsi ilə nəticələnib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]