İdman

AFFA-dan klublara və futbolçulara cəza

9-02-2016, 15:17
Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Xeberman.com-un PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK   Topaz Premyer Liqasının 20-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Topaz Premyer Liqasının XX turunun "Neftçi” – "Rəvan” matçında "Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 88-ci dəqiqəsində "Neftçi” klubunun 3 futbolçusu Jairo Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.

Oyunun 89-cu dəqiqəsində "Rəvan” klubunun futbolçusu Həmid Yasin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XX turunun "Qarabağ” – "Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 2-ci dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XX turunun "Sumqayıt” – "Zirə” matçının 61-ci dəqiqəsində "Sumqayıt” klubunun  futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının XX turunun "Kəpəz” – AZAL matçının 88-ci dəqiqəsində AZAL klubunun futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]