İdman

AFFA milliyə rəqib tapdı

11-01-2016, 12:36
AFFA milliyə rəqib tapdı

Xeberman.com-un  Apasport.az-a istinadən məlumatına görə, yığmamız 2016-cı ildəki ilk matçını Qazaxıstana qarşı keçirəcək.

 Bu matç Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Robert Prosineçkinin yetirmələri Qazaxıstan millisi ilə martın 26-da qarşılaşacaq.

 Oyunun başlama vaxtı və matçın keçiriləcəyi stadion yaxın günlərdə müəyyənləşəcək.

 Qeyd edək ki, millimiz martın 21-dən 27-dək Antalyada təlim-məşq toplanışında olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]