İdman

“Bursaspor”un yeni baş məşqçisi müəyyənləşdi

21-06-2017, 10:06

Azərbaycan millisinin futbolçusu Deniz Yılmazın formasını geyindiyi Türkiyənin “Bursaspor” komandasının yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

“Timsahlar”a fransalı Pol Le Quen rəhbərlik edəcək.

Dünən axşam saatlarında İstanbula gələn 53 yaşlı mütəxəssis klub prezidenti Ali Ayla görüşərək, müqavilənin detallarını müzakirə edib. Fransalı baş məşqçi bu gün Bursada yerləşən Özlüce təlim-məşq bazasında təşkil olunacaq tədbirdə rəsmi müqaviləyə imza atacaq.

Müqavilənin müddəti barədə məlumat verilməsə də, yeni məşqçilər korpusunda Mustafa Ər, eləcə də, “Neftçi” və “Xəzər-Lənkəran”da fiziki-hazırlıq üzrə məşqçi işləmiş italiyalı Covanni Melkiorrenin də yer alacağı bildirilir.

Qeyd edək ki, karyerası ərzində Fransanın “Lion” və PSJ komandalarına rəhbərlik edən Pol Le Quenin sonuncu iş yeri Oman millisi olub.

©report

Administratorla əlaqə

077 611-55-22

[email protected]