İdman

KİV: Ronaldu “Real Madrid”i tərk edir

16-06-2017, 21:44


“Real Madrid”in hücumçusu Kriştianu Ronaldu klubun prezidenti Florentino Peresə bildirib ki, o, “kral klubu”nu tərk etmək niyyətindədir.

Oxu.Az-ın “Bola”-ya istinadən verdiyi məlumata görə, səbəb İspaniya prokurorluğunun Ronaldunun ünvanına ittihamları ilə əlaqədar baş verən son hadisələrdir.

32 yaşlı forvard fikrində qəti olduğunu və mövqeyinin dəyişməyəcəyini də deyib.

Qeyd edək ki, Ronaldu 2011-2014-cü illərdə 14,7 milyon avro məbləğində vergini ödəməməkdə ittiham olunur. Hücumçu İspaniyanın vergi orqanlarına qarşı dörd cinayətdə günahlandırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]