İdman

Minnesotdan olan müsəlman qız rinqə hicabda çıxacaq

22-04-2017, 11:34

ABŞ-ın Minnesot ştatından olan 16 yaşlı müsəlman idmançı Amaliya Zəfər rinqə hicabda çıxmaq hüququ qazanıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Star Tribune” nəşri məlumat yayıb.

Agentliyin məlumatına görə, qıza dini görüşlərinə görə, hicab taxmağa, eləcə də döyüşlərdə əl və ayağını bağlayan geyimə icazə veriblər.

“Bu vacib addımdır. O, bunun üçün çox səy göstərib. O, öz bacarığını nümayiş etdirmək haqqını qazanıb, onun üçün çox sevinirəm”, - idmançının məşqçisi Nataniel Hayle deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]