İdman

"Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu "qəhrəmanlığı" ilə yadda qaldı

22-03-2017, 00:59
"Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu "qəhrəmanlığı" ilə yadda qaldı
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın böyük oğlu Enzo Fernandes antiqəhrəmana çevrilib.

"Report"un məlumatına görə, "kral klubu"nun əvəzedici komandasında çıxış edən 21 yaşlı yarımmüdafiəçi Sequnda B-də XXX turun "Atletiko" ilə oyununda penaltidən yararlana bilməyib. Fernandes 14-cü dəqiqədə şansını qaçırıb. Görüşün sonlarında isə o, ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Görüş "Atletiko"nun qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, Enzo Fernandes "Real Madrid"in əsas komandasında cəmi 1 dəfə forma geyinib. O, İspaniya Kubokunun 1/16 finalında "Kultural Leones"i 6:1 hesabı ilə yendikləri matçda meydana daxil olub və 1 qol vurub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]