İdman

"Kəpəz" Azərbaycan Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb

18-03-2017, 22:28
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub. Açılış oyununda "Kəpəz"lə "Sumqayıt" üz-üzə gəlib.
Gəncə şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 45-ci dəqiqədə Dario Federiko vurub. Beləliklə, "Kəpəz" ardıcıl 2-ci qələbəsi sayəsində 24 xalla 6-cı pilləyə yüksəlib. Ardıcıl 4-cü məğlubiyyətlə üzləşən "Sumqayıt" isə 25 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, günün növbəti oyununda "Neftçi" "İnter"i qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək görüş saat 19:37-də başlanacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]