İdman

Serbiyalı cüdoçu Bakıya buraxılmadı

12-03-2017, 19:58
Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. Yarışın üçüncü günündə 90 kq çəki dərəcəsində mübarizə aparan idmançılar mübarizəyə qoşulublar.

Təmsilçimiz Əbülhəqq Rəsullu mübarizə aparmadan 1/4 finala vəsiqə qazanıb. Buna Serbiyanın 90 kq çəki dərəcəsində mübarizə aparmalı olan idmançısı Nemanya Maydovun Azərbaycana burazılmamasıdər. Serbiyalı idmançı bu barədə Twitter-də yazıb. O, 48 saat Heydər Əliyev Bakı beynəlxalq hava limanında ac-susuz qaldığını və sərhəddən buraxılmadığını bildirib. İdmançı Azərbaycana hansı səbəbdən buraxılmadığı barədə məlumat verməyib. Nemanya Maydov viza ilə bağlı problemin yaşandığını yazıb və buna görə Azərbaycan Cüdo Federasiyasını ittiham edib. və viza ilə bağlı məslədə səhvə yol verildiyini söyləyib.

Serbiyalı idmançı bir qədər əvvəl Twitter-də yazıb ki, artıq evindədir və 48 saatlıq gözləmədən sonra geri qayıtmağa məcbur olub.

Nemanya Maydovun Bakıda başına gələnlərə Serbiya mətbuatında da yer verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]