İdman

Pelenin oğlu polisinə təslim oldu

25-02-2017, 12:15

Braziliya məhkəməsi 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb. Amma Edinyo işi appelyasiya məhkəməsində baxıldığı dövrdə azadlıqda qalıb.

Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.

Cümə günü 46 yaşlı Edinyo Santos şəhərinin polis idarələrindən birinə gəlib.

“Çox məyusam, çünki məni törətmədiyim cinayətdə - çirkli pulların yuyulmasında ittiham edirlər”, - Reuters onun sözlərindən sitat gətirib.

Araşdırma 2005-ci ildə başlayıb. Edinyoya qarşı tanınmış narkotacirlərlə əlaqə və narkoticarətdə iştirakla bağlı ittiham irəli sürülüb. O isə ittihamları qətiyyətlə təkzib edərək bildirib ki, narkotik qəbul etsə də, onların satışında iştirak etməyib.

Edinyo ötən əsrin 90-cı illərində Braziliyanın məşhur “Santos” klubunda çıxış edib. Onun atası Pele də məhz “Santos”da məşhurlaşıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]