İdman

Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi məlum olub – FOTO

14-02-2017, 17:43

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Qalatasaray”ın Super Liqanın son turunda öz meydanında “Kayserispor”a uduzmasından sonra klub rəhbərliyi hollandiyalı baş məşqçi Yan Olde Riekerinkin vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul edib.

Qərardan dərhal sonra yeni məşqçi axtarışına başlayan rəhbərlik “Karabükspor”un xorvatiyalı baş məşqçisi İqor Tudorun namizədliyi üzərində dayanıb. İ.Tudorun meneceri ilə aparılan danışıqlar zamanı razılıq əldə edilib. “Qalatasaray”ın İ.Tudor ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, hələlik klub rəhbərliyi baş məşqçi dəyişikliyi barədə rəsmi açıqlama verməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]