İdman

"Neftçi"dən kənarlaşdırılan futbolçu Braziliya A Seriyasında çıxış edəcək

31-12-2016, 17:51
"Neftçi"dən kənarlaşdırılan futbolçu Braziliya A Seriyasında çıxış edəcək
"Neftçi"nin sabiq futbolçusu Denilson Pereyra Junior özünə yeni komanda tapıb.
21 yaşlı hücumçu Braziliya A Seriyasında mübarizə aparan "Avai" klubuna bir illik icarəyə verilib.
Onunla rəsmi anlaşma yanvarın 3-də bağlanılacaq. Denilson karyerasına Braziliya "Flüminense"sində başlasa da, hazırda müqavilə üzrə İspaniya "Qranada"sına məxsusdur. Gənc forvard avqustun əvvəllərində "Neftçi"yə bir illik icarəyə verilib. Lakin flaqmanın "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətindən sonra - oktyabrın 30-da o, 4 komanda yoldaşı ilə birgə əvəzedici heyətə göndərilib. Noyabrın 19-da isə Denilsonla icarə müqaviləsinə xitam verilib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]