Gündəm

Elşən Mustafaoğlu üçün pis xəbər

4-11-2016, 01:23
Xeberman.com saytının verdiy məlumata görə, keçmiş MTN rəhbərliyinin qurbanlarından olan və iki ilə yaxındır sözügedən qurumun təcridxanasında saxlanan ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlunun qayınatası Asim Qaragözov bu gün kəskin ürək ağrıları və böyrək çatışmazlığı diaqnozu ilə Səhiyyə nazirliyinin Cərrahiyyə institutuna yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Xatırladaq ki, atalarının həbsindən sonra kəskin psixoloji travmalarla üzləşmiş üç azyaşlı uşaq məhz babaları Asim Qaragözovun himayəsində yaşayırdılar. Yaxın günlərdə Elşən Mustafaoğluya hökm oxunması gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]