Gündəm

İsrailin sabiq naziri Azərbaycanla korrupsiya əlaqəsində ittiham olunur

10-12-2015, 20:57
İsrailin sabiq naziri Azərbaycanla korrupsiya əlaqəsində ittiham olunursrailin sabiq müdafiə naziri və “Avoda” partiyasının keçmiş lideri Binyamin (Fuad) Ben-Eliezerin işi üzrə ilkin dinləmələr başa çatıb.

İsrail KİV-ləri xəbər verir ki, dinləmələrin nəticələrinə görə, Ben-Eliezerə qarşı ittiham aktı elan olunub.

İsrail prezidentliyinə keçmiş namizəd də olan sabiq müdafiə naziri çoxsaylı cinayətlər törətməkdə və korrupsiyada ittiham olunur. Məsələn, Ben-Eliezer biznesmenlərlə, o cümlədən israilli milyarder Avraam Nanikaşvili ilə korrupsiya əlaqəsinə girməkdə, “Şemen” neft şirkətinin maraqları üçün lobbiçilik etməkdə, “çirkli pul” yuyulmasında, vergidən yayınmaqda və s. günahlandırılır.


İstintaq İsrail siyasətinin 79 yaşlı veteranına qarşı müdafiə naziri olarkən rüşvət almaq, pul yumaq, habelə Azərbaycan, Gürcüstan və digər ölkələrə silah satışına icazə vermək kimi ittihamlar da irəli sürüb.

Xatırladaq ki, İsraildəki korrupsiya qalmaqalı, şəxsi Beer-Tuvi elektrik stansiyasının tikintisi layihəsindəki payının bir hissəsini Azərbaycan Beynəlxalq Bankına satmağa çalışan milyarder Avraam Nanikaşvilinin planları barədə hələ ötən il məlumat verilmişdi. Həmin məqalədə bildirilirdi ki, maqnat A.Nanikaşvili Knessetin deputatı Binyamin Ben-Eliezerə rüşvət verməkdə ittiham olunmaqdan qorxurdu.

Bu gün isə məlum olur ki, Ben-Eliezer təkcə bu məsələlərə görə yox, həm də qanunsuz silah satışına görə günahkar bilinir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]