Gündəm

İlham Əliyevdən yeni təyinatlar - siyahı

4-09-2016, 00:06
İlham Əliyevdən yeni təyinatlar - siyahı
Azərbaycan Prezidenti İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə yeni sədr təyin edib.

Xeberman.com saytının məlumatına görə, bununla bağlı imzalanan sərəncamda deyilir: "Əbülfət Novruz oğlu Qocayev "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin”.

***

 "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müavini təyin edilib.
 
Azərbpycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Vüsal Aslanov "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.
 
Qeyd edək ki, Vüsal Aslanov "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]