Gündəm

Şabranda polisləri döydülər

1-09-2016, 17:22
Şabranda polisləri döydülər

Xeberman.com xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Şabran şəhərində qeydə alınıb. 

Şabran Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları Elçin Sadıqov və Savalan Məhərrəmov şəhər ərazisində xidmətdə olarkən sərxoş vəziyyətdə olan Siyəzən rayon sakini Musa Hüseynov tərəfindən döyülüblər. M.Hüseynov hər iki polis əməkdaşına xəsarət yetirib.

M.Hüseynov saxlanılıb. O, əməlini etiraf edib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]