Gündəm

Türkiyədə dövlət çevrilişinə cəhd - TSK: 'Ölkə yönətiminə əl qoyuldu' + CANLI YAYIM

16-07-2016, 01:24
Türkiyədə dövlət çevrilişinə cəhd təşəbbüsləri haqda xəbərlər yayılıb. Hazırda Türkiyə televiziyaları bu barədə canlı yayın verməkdədir. Oradan da görünür ki, Ankara küçələrində tanklar küçələrə çıxıb, helikopterlər havaya qaldırılıb. Türkiyənin baş naziri Binali Yıldırım televiziyalara açıqlama verib və deyib ki, bu, bir hərbi üsyandır. Bir qrup əskəri qrup özbaşına təşəbbüs göstəriblər. 

İstanbulda 2 körpü jandarma qüvvələri tərəfindən bağlanılıb

İstanbulda da hərəkətli anlar yaşanır.

Xeberman.com yerli mətbuata istinadən xəbər verir ki, İstanbulun Boğaziçi körpüsü və Fateh Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən istiqaməti hərbçilər tərəfindən bağlanılıb. Atatürk hava limanı isə tanklarla əhatəyə alınıb. 

Reuters agentliyinin məlumatına görə, paytaxt Ankarada silah səsləri eşidilib. Ankara səmalarında helikopterlər uçur.

Türk Silahlı qüvvələrinin qərərgahından isə yayılan e-postda vurğulanır ki, hərbiçilər ölkə yönətiminə əl qoyub, bütün yetkiləri üzərinə götürüb. Bütün mediaya gələn e-postada iddia olunur ki, Türkiyədə asayişi yenidən təmin etmək üçün dövlətin idarəetməsinə hərbçilər əl qoyub. 

İstanbulda da eyni gərginlik yaşanmaqdadır.  Vətən caddəsində yerləşən əmniyyət genəl müdürlüyü önündə silahlar atəşlənib. Müxbirlərin canlı yayın həyata keçirdiyi zaman atəş səsləri efirdə də eşidilib.  


 
Musavat.com

 
Canlı yayımı bu linkdə izləyə biləriniz:
https://www.ntv.com.tr/canli-yayin/ntv
 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]