Gündəm

Fikrət Fərəməzoğlu harda saxlanılır?

2-07-2016, 19:43
Fikrət Fərəməzoğlu harda saxlanılır?

Tanınmış jurnalist, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib.

Bu barədə jurnalistin həyat yoldaşı məlumat verib. 

Onun sözlərinə görə, iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq axtarış aparmaq adı ilə Fikrət Fərəməzoğluna məxsus "Notebook”u götürüblər. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşanda onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildiriblər, lakin həbs olunma səbəbini açıqlamayıblar. 

Fikrət Fərəməzoğlunun harada saxlanması və hansı ittihamla həbs edilməsi bəlli deyil.

Aznews.az-a daxil olan məlumata görə jurnalist Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]