Gündəm

“Nardaran işi” ilə bağlı Baş Prokurorluğa müraciət edildi

27-06-2016, 18:30
Nardaran hadisələri zamanı saxlanılan Taleh Bağırovun yaxın adamlarından hesab edilən Abbas Hüseynin vəkili Fariz Namazlı Baş Prokurorluğa şikayət edib.
Lent.az-a bu barədə vəkilin özü məlumat verib.
F. Namazlı bildirib ki, artıq Nardaran hadisələri zamanı saxlanılan şəxslərin bir çoxu barəsində olan cinayət işinin istintaqı başa çatıb: "İttihamla vəkilləri tanış elədilər. Yalnız istintaq tərəfindən iş materiallarının bəziləri vəkillərə verilməyib. Əsas gətirirlər ki, sizə aidiyyatı yoxdur. Buna görə, prokurorluğa şikayət vermişəm”.
Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]