Gündəm

Eldar Mahmudovun namizədlərindən kimlər mandat sahibi oldu?

1-11-2015, 19:41
Eldar Mahmudovun namizədlərindən kimlər mandat sahibi oldu?

Sabiq nazirin qudası Çingiz Əsədullayev, təqdimatını verdiyi Malik Həsənov, birgə adları hallanan Hacı Salayev və Naqif Həmzəyev parlamentə vəsiqə qazanıblar

Bu gün keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. JAM.AZ xəbər verir ki, exit-polların keçirdiyi sorğuların nəticələri ilə MSK-nən rəsmi rəqəmləri arasında ən yaxşı halda bir neçə faiz fərq yarana bilər.

Seçkilərin nəticələrində maraqlı olan məqamlar isə sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu və şəxsən təqdimatını verdiyi şəxslərin Milli Məclisə düşməsidir. JAM.AZ xəbər verir ki, 90 sayli Ağdaş seçki dairəsindən namizədliyi irəli sürülmüş Çingiz Əsədullayev exit-pollun nəticələrinə görə, ümumi səslərin 51.4 faiz səs yığıb.

Qeyd edək ki, Əsədullayev sabiq MTN şefinin qudasıdır. “Azərgaz” Bankın rəhbəri olan sözügedən şəxsin adının hətta Eldar Mahmudovun xeyrinə fəaliyyət göstərdiyi və maliyyə işlərində ayrdımçı olmasına da qarışmışdı.

Keçmiş nazirin təqdimatı əsasında bir dəfə deputat seçilmiş, bu dəfə isə namizədliyi yenidən irəli sürülmüş Malik Həsənov exit-pollun nəticələrinə görə, 67 sayli Cəlilabad şəhər seçki dairəsidən mandat sahibi olub. Onun səsələrin 70,7 faizini “qazandığı” qeyd edilir.

JAM.AZ-a daxil olan bəzi məlumatlara görə, hakimiyyət dairələri 1 noyabr seçkiləri ilə əlaqədar bəzi planları işə salmaq istəyir. Həmin planlardan biri də 7 seçki dairəsində əldə edilmiş nəticələrin ləğv olunması və təkrar parlament seçkilərinə gedilməsindən ibarətdir. Həmin dairələrin hansı olacağı isə hələlik məlum deyil.

Adı Eldar Mahmudovla birlikdə hallanan namizədlərdən biri olan İqbal Ağazadə bu seçkilərdə qələbə qazana bilməyib. Belə ki, 35 sayli Xətai üçüncü seçki dairəsindən Araz Əlizadə 46,7 faiz səsləri toplayıb.

Sabiq nazirin adamı kimi ad çıxarmış 44 sayli Sumqayıt-Xızı seçki dairəsindən namizəd Hacı Salayev və 38 sayli Nizami ikinci (Gəncə) seçki dairəsindən namizəd Naqif Həmzəyev səslərin 70.1 faizi və 66.3 faizini “toplayıblar”.

Qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, bu parlamentdə hakimiyyətin maraqlarına ciddi zərbə vurmuş, hətta xəyanət etdiyi deyilən Eldar Mahmudovun adamları da təmsil olunacaq. Onların üzdə olan saylarının 4-5 nəfər olduğu diqqəti çəksə də, üzdə olmayanlarını da nəzərə alsaq bu say 10-a çatacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]