Gündəm

Ordumuz şəhid verdi

17-05-2016, 12:32

Dərhal görülən tədbirlər nəticəsində qarşıə tərəfin canlı qüvvəsi məhv edilib.

Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində bir əsgərimiz şəhid olub.

AzToday.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Dərhal görülən tədbirlər nəticəsində qarşıə tərəfin canlı qüvvəsi məhv edilib.

Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]