Gündəm / Siyasət

Jurnalist döyülüb

31-01-2014, 22:13
 

[/b]

[b]

 

 

 

Dünən Bakıda müxbir Asiman Orucov, özünün iddia etdiyinə görə döyülüb. O, "Gündəlik Bakı" qəzetinə verdiyi müshibədə bildirib ki, ayın 30-da naməlum şəxslər onu maşına mindiriblər, telefonunu alıblar və ona yazdığı yazılara son qoymağı məsləhət görüblər və onların "azərbaycançılığa və dövlətçiliyə ziyan" olduğunu bildiriblər.


Asiman Orucov bildirib ki, maşındakı 3 nəfər naməlum şəxs ondan hakimiyyət yönümlü mediya orqanlarında işləməsini tələb ediblər və hökuməti tənqid edən yazılarına son qoyacağı təqdirdə ona pul, hətta ev vəd ediblər.


O, deyir ki, bu təklifə etiraz edib və bundan bir gün sonra, Yanvar ayının 31-də axşam saat 9 radələrində İnşaatçılar metrosunun yaxınlığında 2 nəfər naməlum şəxs onu tutaraq vurmağa başlayıb.


Jurnalist deyir ki, 1 saylı xəstəxanada müayinədən keçib, alnındakı sıyrıntıları göstərib və həkimlər onun böyrəyinin də əzildiyini biliblər. Buna baxmayaraq həkimlər ona ekspertiza rəyini verməkdən imtina ediblər. Xəstəxanada çalışan həkim bildirib ki, "yuxarıdan" gələn göstərişə görə ona hansısa bununla bağlı sənəd verə bilməyəcəklər.


Jurnalist  onun döyülmə olayını radikal müxalif yazılarına görə  olduğunu güman edir.

 


Administratorla əlaqə

077 611-55-22

[email protected]