Gündəm

"Bu gün Qarabağda müharibə başlaya bilər"

2-05-2016, 01:10
"Bu gün Qarabağda müharibə başlaya bilər"Qarabağda tammiqyaslı müharibə başlaya bilər

Erməni mətbuatı yazır ki,, Serj Sarqsyan bu fikri ATƏT ölkələri səfirləri ilə keçirdiyi görüşdə bildirib.
Onun fikrincə, əgər bu baş verərsə, o zaman təkcə Cənubi Qafqaz ölkələrinə deyil, həmçinin Avropanın təhlükəsizliyinə də təsir edəcək.
"Döyüş əməliyyatlarının getdikcə şiddətlənməsi geniş miqyaslı müharibəyədək arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bunun təkcə Cənubi Qafqazın təhlükəsizlik və stabilliyi üçün deyil, həm də bütün Avropa regionu üçün nəticələri olacaq", - deyə Ermənistan prezidenti bildirib.

Sülh yoxsa müharibə? 

Bu dəfə gənc yazar Yaşar Nuriyev bizimlə oz fikirlərini bölüşdü.



Azərbaycan qədim tarixə malik bir ölkədir. Və onun tarixi əsrlərdən bu yana öyrənilir. Və təbiidir ki, hər dövlətin tarixində şanlı səhifələrlə yanaşı qanlı, ağrılı səhifələr vardır. Eləcə də Azərbaycan qədim zamanlardan müxtəlif iri dövlətlətin əsarəti altında olmuşdur. Azərbaycan, dəfələrlə işğallara məruz qalmışdır. Lakin sonda yenə gülən tərəf Azərbaycan olmuşdur. Geniş ərazilər itirsək də sonda müstəqilliyimizə nail olmuşuq. Azərbaycan illərdən bu yana başqa dövlətlərin maraq mərkəzində olmuşdur. Eləcə də üzdəniraq qonşumuz ermənilərin. Onların hər zaman Azərbaycana qarşı ərazi iddiaları olmuşdur. Və sırf buna görə də Azərbaycan torpaqlarının 20%ni hal hazırda işğal etmişlər. Minlərlə uşağı anasız atasız, ata ananı ovladsız, bacı qardaşsız qoymuşlar. Və acı bir həqiqətdir ki hal hazirda torpaqlarımız onların işğalı altındadır. Danışıqlar da gedir, hərdən atəşkəs də pozulur lakin hələdə doğma torpağımız yadlardadır. Geri qaytarmağın vaxtı gəlməyib mi? Bəlkə də keçib.

Yaşar bəy sizcə bu yaxınlarda müharibə olacaqmı?

- Bilirsiz bu gün də Qarabağda müharibə başlaya bilər. Dünyada baş verən dəhşətli hadisələr səngimək bilmir. Günbəgün yeni terror təşkilatları yaranır və faciələr baş alıb gedir. Zəlzələlər, müxtəlif təbiət hadisələri, eləcə də qəzalar hər gün minlərlə insanın ölümünə səbəb olur. Açığını desəm hazırda 3-cü dünya müharibə gedir. Bu müharibə 1-ci və 2-ci dünya müharibələrindən də təhlükəli və amansızdır. İŞİD-lə bağlı məsələlər 3-cü dünya müharibəsinin göstəricisidir. Hegemon dövlətlər zəif dövlətləri məhv edir. Bu qeyri rəsmi 3-cü dünya müharibəsidir. Bu müharibə artıq başlayıb. Sadəcə bu qəbul olunmamış müharibədir. Qarabağdada müharibə hər an başlaya bilər, və mənim fikrimcə qalib gələn tərəf biz olarıq! Çünki bizim hazırki hərbi şəraitimiz erməni tərəfindəkindən qat-qat üstündür. 2 aprel döyüşlərində də düşmən xeyli sayda hərbi texnikasını və canlı qüvvələrini itirdi. Buda bizim Prezidentimiz cənab İlham Əliyevin ağıllı siyasət yeritməsinin və ordumuzun qüdrətindən xəbər verir!

Administratorla əlaqə

077 611-55-22

[email protected]