Gündəm

Hacı Zülfüqar Mikayılzadənin apellyasiya şikayətini təmin edilmədi

27-04-2016, 14:21

Bakı Apellyasiya Məhkəməsində Zülfüqar Sədrəddin oğlu Mikayılov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair məhkəmə qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. Z.Mikayılovun apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində Z.Mikayılov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.


Administratorla əlaqə

077 611-55-22

[email protected]