Gündəm

İlahiyyatçıdan Elşad Miriyə cavab: "Kim bunu inkar etsə həmin adamın zatında problem var."

23-04-2016, 18:58

Bəziləri deyirlər Hz. Əlinin (ə) Kəbədə dünyaya gəlməsi fəzilət deyil, çunki onda Kəbə bütlərlə dolu idi və bütxanada doğulmaq şərafət deyil.

Bütpərəstlərin ildə 3 gün bayramı var. Gedin araşdırın. Həmin 3 gündə onlar Kəbə evində nə qədər büt vardısa hamısını bayıra çıxardırdılar. O, 3 gün Rəcəb ayının 13-14-15-ci günləri idi. Hz. Əlinin (ə) anası Fatimə binti Əsəd Rəcəb ayının 13-ü Kəbə evinə daxil olub və 13-də Həzrət Əli (ə) dünyaya gəlib. Ayın 15-i qucağında Hz Əli (ə) ilə birgə Kəbədən çıxıb. Həmin 3 gündə Kəbədə bir dənə də olsun büt olmayıb. Bu şərafət yalnız Hz Əliyə (ə) nəsib olub.

İsa ibn Məryəm (ə) dünyaya gələn zaman Beytul-müqəddəsdən qeyb nidası gəlir ki, Məryəm (s.ə) məsciddən xaric olsun. Məryəmə (s.ə) nida olunur ki, "bu məscid ibadət yeridir, dünyaya uşaq gətirmək yeri deyildir". Ancaq o zaman ki, Əlinin (ə) doğumu yaxınlaşır, Allah Fatimə binti Əsədi Kəbəyə daxil olmağa dəvət edir. Ona qeybdən deyilir: "Fatimə! Evə daxil ol!".

Bu Allahın sirridir və Allah belə istəyib... Müqəddəs Kəbə evində dünyaya gəlmək İmam Əlidən (ə) öncə və ya sonra heç kimə nəsib olmayıb. Hz. Əlinin (ə) yer üzünün ən fəzilətli məkanı olan Kəbə evində dünyaya gəlməsi bəli fəzilətdir ( üstünlükdür ). Kim bunu inkar etsə həmin adamın zatında problem var. Allah hidayətə qabiliyyəti olanları hidayət eləsin. Hidayətə qabiliyyəti olmayanları məhvi-nabud eləsin...


İlahiyyatçıdan Elşad Miriyə cavab: "Kim bunu inkar etsə həmin adamın zatında problem var."

Administratorla əlaqə

077 611-55-22

[email protected]