Gündəm

Xəzərdə Rusiya gəmisi yanır - YENİLƏNİB

23-04-2016, 12:49
Xəzərdə Rusiya gəmisi yanır - YENİLƏNİB

Xəzər dənizində yanan gəmidə olan 18 nəfər yaxınlıqda olan gəmi tərəfindən təxliyə edilib.

Xeberman.com xəbər verir ki, bu barədə RİA Novosti-yə şənbə günü FHN Cənubi regional mərkəzindən bildiriblər.

FHN-in nümayəndəsinin sözlərinə görə, hadisə Xəzər dənizində Türkmənistan ərazi sularında Həştərxanın 800 km-də baş verib.  

"Gəmi boşdur. Göyərtədə 18 nəfər heyət üzvü var, onların hamısı yaxınlıqda üzən gəmi tərəfindən təxliyə edilib”, - agentliyin həmsöhbəti deyib.

"Hazırlıqlar başa çatdıqdan sonra Rostovdan FHN Cənubi aviasiya-xilasetmə mərkəzindən Be-200 təyyarəsi havaya qalxacaq”, - FHN nümayəndəsi bildirib.

Daha öncə təcili xidmətlərdəki mənbə RİA Novosti-yə yanğın nəticəsində bir nəfərin öldüyü barədə məlumat vermişdi.

11.34

Hadisə yerinə FHN-in helikopterləri və gəmisi cəlb olunub.

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2 gəmisində yanğın baş verib.

Xeberman.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5” gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]