Gündəm

Azərbaycanda vəzifəli şəxs narkotikə görə həbs olunub

16-10-2015, 21:53
Bu il narkotiklərlə mübarizə sahəsində 2702 fakt aşkar edilib. Publika.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası məlumat yayıb. Məlumata görə, 2015 ci ilin 9 ayı ərzində 1892 nəfər məsuliyyətə cəlb olunub.
Onlardan 7-i 18 yaşadək, 432-i 30 yaşa qədər, 1406-ı 30 yaşdan yuxarı, 16-ı fəhlə, 7-i qulluqçu, 1-i vəzifəli şəxs, 2-i nəqliyyat işçisi, 2-i orta məktəb şagirdi, 1643-ü işləməyənlər, 1822-i kişilər, 23-ü qadınlar, 47 nəfəri isə xarici ölkə vətəndaşları olub.
Əcnəbilərdən isə 21-i İran İslam Respublikası, 19-u Gürcüstan, 3-ü Türkiyə, 2-i Ukrayna, 1-i Rusiya Federasiyası, 1-i Türkmənistan Respublikasının vətəndaşı olub.
Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən 2015-ci ilin 9 ayında 1882 nəfər tibbi yoxlamadan keçmək üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji göndərilib. Onlardan 1069 nəfərinə məcburi müayinə təyin edilib.

cumhuriyyet.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]