Gündəm

Şəhid gizirimiz sabah Neftçalada dəfn olunacaq.

4-04-2016, 11:47

Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordunun giziri Səlimov Elimdar Səlimxan oğlu da qəhrəmancasına şəhid olub.


 

Xeberman.com  pia.az-a istinaədən xəbər verir ki, o, 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Şəhidin tabutunun bu saatlarda doğma kəndinə gətiriləcəyi gözlənilir.
Artıq Neftçala RİH-nin başçısı İsmayıl Vəliyev başda olmaqla rayon rəsmiləri və kənd sakinləri şəhidin evinə toplaşmaqdadır.
Dəfn mərasimi sabah saat 13-də kənd qəbiristanlığında olacaq.
Şəhid gizirimiz sabah Neftçalada dəfn olunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]