Gündəm

Vəkil Tale Bağırzadə ilə görüşüb

31-03-2016, 01:49

Martın 30-da "Müsəlman Birliyi ” HərəkatınınBakı İstintaq Təcridxanasında saxlanılan sədri, ilahiyyatçı Tale Bağırzadənin iştirakı ilə istintaq hərəkətləri keçirilib.

Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil istintaq hərəkətlərinin detallarına varmayıb.

Elçin Sadıqov həmçinin, T. Bağırzadə ilə görüşünə maneələr yaradıldığını deyib:

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardarandapolis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.

"Müsəlman Birliyi” Hərəkatı qeydə alınmayıb.

Baş Prokurorluğun məlumatına görə, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs edilib. Martın 30-da Sabunçu Məhkəməsində saxlanılanların bəzilərinin məhkəmə prosesi başlayıb.

Nardaranda keçirilən əməliyyatda iksi polis olmaqla ümumilikdə yeddi şəxs həlak olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]