Gündəm

Cəlilabad Rayon Təhsil müdiri müsabiqədə iştirak edənlərdən pul istəyir

31-03-2016, 00:13

Təhsil Naziri Mikayıl Cabbarov regonlarda  təhsil sahəsində  korrupsiyanı azaltmaq məqsədilə gördüyü tədbirlər danılmazdır. Lakin bu tədbirlərin bir çoxu regionlarda olan yerli İcra strukturları, Təhsil Rəhbərləri və xüsusilə Direktorlar  əngəlləyirdi.Təhsil Nazirindən növbəti və əsaslı islahatlardan biridə "Məktəb Direktoru" olmaq istəyənlər üçün müsabiqə elan edərək şəffaf yolla bu vəzifəyə müəllimlərin seçilməsidir. Amma çox təəssüflər olsun ki, bu müsabiqənin də qarşısını almaq üçün Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova tədbirlər görmüşdür. Beləki, Elminaz Nadirova  deyib ki, kim bu müsabiqədə iştirak edəcəksə onu görməlidir. Onun icazəsi olmadan heç kəs bu müsabiqəyə qatıla bilməz , edənlər isə sərt cəzalandırılacaqlar. Bundan əlavə Cəlilabad rayon təhsilindən verilən 49 vakant direktor yerinin hamisinda pul verərək postu tutmuş direktlarda nazirin bu qərarını böyük məyusluqla qarşılayıblar. İndi onlar verdikləri pulu kimdən alacaqlarını bilmirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]