Gündəm

İcra başçısı olmamış haqqı qoydu: LAÇINDA – Kim pul verməsə…

21-03-2016, 02:39

Məlumdur ki, bu gün Laçın İcra Hakimiyyəti başçısı uğrunda böyük bir mübarizə gedir.

Başçı uğrunda mübarizə aparanların içərisində ən şanslısı və hər vəchlə bu posata sahiblənmək üçün can – fəşanlığla mübarizə aparan müavinlərdən sayılan Aqil Nəzərlidir. Ona görə sayılan ki, Aqil Nəzərlinin bir müavin kimi adı bu günə qədə heç bir yerdə eşidilməyib və çəkilməyib. Bu gün Nəzərli birdən-birə ortaya çıxaraq başçlılıq sevdasına düşüb. Yeri gəlmişkən qeyd edək ki, Aqil Nəzərlinin ilk addımı «Aqil Nəzərli Laçının icra başçısı oldu» başlıqlı yazının yayımlanmasıdır. Hətta belə bu barədə bir sıra mətbu orqanlarda yazılarda dərc edilmiş və hələdə həmin yazılanlar bu günə qədər təkzib olunmamış qalır.

Ajiotaj.az-ın mediya üzərində apardığı araşdırılmalarda bəlli olur ki, bu günlərdə Aqil Nəzərli bir sıra idarə müdürlərini yığaraq ona başçı olmaq yolunda maddi kömək etmələrini açıq şəkildə bəyan edib. O bunu başçı olması üçün yuxarılara verəcəyi ilə əlaqələndirir. Hansısa idarə müdirləri bu "köməkliyi” gələcək başçıdan əsirgəsə, Aqil Nəzərli başçı olacağı təqdirdə onları vəzifələrindən uzaqlaşdıracağına əmin edib.

P.S.Nəzərə alsaq ki, Aqil Nəzərli bu posta ən real namizədlərdən biridir onda müəyyən miqdarda maddi kömək etməyən idarə müdürlərini kresloları ilə vidalaşmaq təhlükəsilə üz-üzə qalacaqdırlar.

Qarşı tərəfində söz haqqını tanıyırıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]