Gündəm / Şou-biznes

Damlaya deputatlıq təklifi

30-05-2019, 20:48
Son zamanlar bizdən alayı bir millət yaranıb. Alayı deyirəm, səhv salmayın, qeyri-azərbaycanlı deyil. Elə öz içimizdən çıxıblar – "Damlanın fanat ordusu”.
Hə, düz tapdız, bizimlə eyni havanı udan, eyni çörəkdən yeyən, eyni sudan içən kəslərdilər onlar. Məşhur mahnıda deyildiyi kimi – "Onlar hamı kimi deyillər”.
Dünən sosial şəbəkələrdə yayılmış videolara baxıb uzaqdan da olsa, bu fanat ordusuna, sözün düzü, çox acıdım. Kimlərsə bunu fəxrlə paylaşıb "baxın, millət Damlanı sevir” deyə türklər demiş "havada atdılar”. Ancaq ağlı bir az kəsən və az da olsa millətini düşünən biri, vallah, o mənzərə qarşısında, oradakı insanlara sözün əsl mənasında acıyardı. Yox, əsla heç kəsi aşağılayacaq, seçiminə qarışacaq bir niyyətim yoxdur. Hər insanın öz seçimi var. Ancaq oturub düşünəndə, bəlkə də mənə haqq qazandıracaqsınız.
Dünyaya Toğrul Nərimanbəyov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Tahir Salahov, Arif Məlikov, Xəyyam Mirzəzadəni (siyahı uzundur) bəxş edən bir millət bu səviyyəyə necə və nə zaman endi? Bir təklifim var Damla xanıma. Bəlkə, deputat olsun? Bu günün o fanat ordusu sabahın real seçicisidir. Onsuz da son zamanlar şou-biznes camiəsində dəb düşüb, millətə vəkil olmaq istəyi.
Gəlin, əvvəlcə özümüzə umac ovaq, sonra başqasına əriştə kəsərik. Allah axırımızı xeyir eləsin….

Administratorla əlaqə

077 611-55-22

[email protected]