Gündəm / Media

Baş redaktoru məhkəmə prosesi davam etdirilib.

15-05-2019, 02:21
Press-az.com saytının verdiyi məlumata görə, bu gün (14.05.2019) Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Reallıq.info" saytının təsisçisi və Baş redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Dadaşov Elxan Zərərçəkən qismində məhkəməyə ifadə verib.O bildirib ki,İkram Rəhimovu şəxsən tanımır. Bir dəfə telefonla danışdığını bildirib. Bilmir ki, İkram Rəhimov olub ya başqası.

Ekologiya Nazirliyinin əməkdaşı Yusifov Sadiqin ona zəng edərək ona bildirib ki, jurnalistə 300 azn pul ver. Əks təqdirdə Ağac kəsimi ilə bağlı saytda yazı yazacaq , onun da mənim də başım ağrıyacaq. Mən də ona görə 300 azn pul göndərdim işçimdən. Allah qapısını açsın heç bir şikayətim yoxdu.Pulu da geri istəmirəm.

Kərimov Kənan şahid qismində ifadə verdi. O bildirib ki, Dadaşov Elxandan 300 azn pul alıb, İkram Rəhimovla görüşüb. İkram Rəhimov həmin pulu başqa bir adama verməyim üçün mənə telefon nömrəsi verdi. Mən də həmin adamla əlaqə saxlayıb pulu verdim.

Növbəti məhkəmə prosesi may ayının 29-da saat 12:30-da olacaq.
İDARƏ ETMƏ:

Administratorla əlaqə

077 611-55-22

[email protected]