Gündəm

SALYANIN ICRA BAŞÇISINDA PREZIDENTƏ ŞIKAYƏT: NARAZI RAYON SAKINLƏRI IMZATOPLAMA KAMPANIYASINA BAŞLADI -

4-03-2015, 17:23
SALYANIN ICRA BAŞÇISINDA PREZIDENTƏ ŞIKAYƏT: NARAZI RAYON SAKINLƏRI IMZATOPLAMA KAMPANIYASINA BAŞLADI -
Rayon sakinləri yaratdıqları problemlərdən dolayı Tahir Kərimovdan ölkə başçısına şikayət məktubu göndəriləcək- iddia
Salyanın icra başçısı Tahir Kərimovdan narazı düşən rayon sakinləri imzatoplama kampaniyasına başlayıblar. Rayondakı mənbəmiz xəbər verir ki, yerli camaatı icra başçısından narazı salan səbəb onun idarəetmədə ciddi yanlışlıqlara yol verməsi və məmur özbaşınalığı üçün şərait yaratmasıdır.
Salyanda sosial problemlərin həddindən artıq çox olması isə insanları daha da bezdirib. Məsələn, bu yaxınlarda məlumat vermişdik ki, rayonun 20-dən artıq kəndində 9 gündür elektriu enerjisi olmayıb və əhali qaranlıqda yaşamaq məcburiyyətində qalıb. Əhali bununla bağlı rayon rəhbərliyinə etdiyi müraciətə isə nə cavab verilib, nə də yaranmış vəziyyətlə bağlı tədbir görülüb. Hazırda da dözülməz vəziyyət yaşandığını bildirən sakinlər qeyd edirlər ki, başqa çıxış yolları qalmayıb və Tahir Kərimovdan prezidentə şikayət etmək məcburiyyətindədirlər. Rverilən məlumata görə, hal - hazırda Salyanda icra başçısından prezidentə şikayət etmək üçün imza toplanılır. jam.az.
Qarşı tərəfi də dinləməyə hazırıq. - See more at: https://azerbaycaninfo.az/sosial/4651-salyann-cra-bashchsnda-prezdente-shkayet-naraz-rayon-saknler-mzatoplama-kampanyasna-bashlad.html#sthash.WO5B1bIQ.dpuf

Administratorla əlaqə

077 611-55-22

[email protected]