Gündəm

Yeni nazir kimdir?

16-01-2016, 10:05
Yeni nazir kimdir?

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

Xeberman.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə qədər o, ötən ilin noyabrında nazirin birinci müavini təyin olunmuşdu.

Ramin Quluzadə həmin vəzifəyə qədər Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, eks-Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də vəzifəsindən azad edilmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]