Gündəm / Dünya

İŞİD terrorçuları Mosulun əsas məscidini partlatdılar

22-06-2017, 00:52

İŞİD terror qruplaşmasının yaraqlıları İraqın Mosul şəhərində yerləşən “Ən-Nuri” cümə məscidini partladıblar.

Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İraq silahlı qüvvələrinin açıqlamasında deyilir.

2014-cü ilin iyulunda İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadi bu məsciddə özünü “xəlifə” elan edib.

İraqın Mosul şəhərində hərbi əməliyyat ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstəyi ilə 2016-cı ilin oktyabr ayından davam edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]