Xeberman.com
Gündəm

FETÖ-nün Azərbaycandakı imamı həbs edildi - Onun adı...

17-06-2017, 15:31
FETÖ-nün Azərbaycandakı imamı həbs edildi - Onun adı...Malatya Cümhuriyyət Baş Prokurorluğu tərəfindən axtarışa verilən FETÖ\PDY-nin Azərbaycandakı imamı məhkəmə qərarı ilə saxlanılıb.

Yenicag.az ilk dəfə olaraq həmin şəxsin adını açıqlayır.

Malatya valiliyi Fövqəladə Hallar bürosunun verdiyi açıqlamaya əsasən, təqsirkar İstanbulda saxlanılaraq, Malatyaya gətirilib. Mediada sadəcə M.M kimi təqdim edilən şəxs “Konak” və “Şahzadə” restoranlarının sahibi Muharrem Menekşedir.

Muharrem Menekşe 1991-ci ildə Azərbaycana ilk gələn FETÖ-cülərdən, TUSİAB-ın qurucularından biridir. Ən son Bakıda 15 aprel Referendumuna seçkilər zamanı Türkiyə Səfirliyinin önündə dayanaraq, kimlərin səs verməyə gəldiyinə gizli şəkildə nəzarət edirdi.

Qeyd edək ki, “Terrorun Gülən üzü” adlı kitabında araşdırmaçı-yazar Aqil Ələsgər də Muharrem Menekşenin adını bir neçə dəfə qeyd etmişdi.

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group

loading...
loading...