Xeberman.com
Gündəm

Nəsib Həsənovun köməkçisi Zaur S.Pənahlıya “iphone” və parfüm hədiyyələri edib

16-06-2017, 10:39
Bir neçə vaxtdır ölkə mətbuatı “Nobel Oil” şirkətinin rəhbəri Nəsib Həsənovun oğlu Ramizin “Merci” restoranında xuliqanlıq hərəkətləri edərək S.Pənahlı adlı xanımla mübahisəsindən, xanımın üstünə külqabı atmasından bəhs edən silsilə yazılar dərc edir.
365info.az saytının əldə etdiyi məlumata görə “KerMur” vəkil bürosun müdiri, vəkil Fuad Kərimov bu məsələ ilə bağlı Ramiz Həsənovu təmsil edir.
Məlumata görə Fuad Kərimovdan başqa bu prosesdə Könül adlı vəkil və “Nobel Oil” şirkətinin rəhbəri Nəsib Həsənovun köməkçisi Zaur adlı şəxs də yaxından iştirak edirlər.
Əslində adıçəkilən şəxslər, yəni vəkil Fuad Kərimov, yaxud vəkil Könül xanım və köməkçi Zaur problemin hüquq müstəvisində həlli üçün çalışsaydılar bunu ancaq təqdir etmək olardı.
Problem orasındadır ki, bu şəxslər xeyli vaxtdır zərəçəkənlə qarşı tərəf arasında bazarlıq-sövdələşmə prosesində canfəşanlıq edirlər.
Könül və Zaur tez-tez S.Pənahlıya zəng edərək, xahiş edirlər ki, o Ramiz Həsənovu “Merci” restoranında ona qarşı etdiyi hərəkətlərinə görə bağışlasın. Hətta bunun üçün S.Pənahlının yanına elçilər gələrək, özləri ilə bahalı hədiyyələr, “iphone” telefonu, parfüm-ətriyyat gətiriblər ki, zərərçəkən Ramiz Həsənovu bağışlasın.
Elçilərdən sonra isə Ramiz Həsənov özü gələrək S.Pənahlıya bildirib ki, 4 iyunda “Merci” restoranında etdiyi nalayiq hərəkətə görə onu bağışlasın.
Məlumata görə S.Pənahlıya bu şəxslər tərəfindən o qədər zənglər olub ki, Pənahlı bunların zənglərindən bezərək Ramiz Həsənovla görüşməyə və Ramizlə aralarında artıq heç bir problem olmadığını mətbuata bildirməyə məcbur olub.
Bu bazarlıq-sövdələşmədə ən biabırçı hal odur ki, S.Pənahlı mətbuata bildirib ki, Ramiz Həsənovun vəkili Fuad Kərimov onun demədiyi sözləri özündən uydurub ərizədə qeyd edib və onu aldadaraq həmin ərizəyə imza atdırıb və ərizəni notariusda təstiq etdirib. Bu vəkil peşəsinə yaraşmayan hərəkətdir, qanunsuzluqdur.
Vəkil Fuad Kərimovun bu hərəkəti onun həmkarları tərəfindən mətbuatda böyük etirazla qarşılanıb.
Bütün bu baş verənlərdən sonra S.Pənahlı Könül adlı vəkilin və Nəsib Həsənovun köməkçisi Zaurun telefon zənglərini iqnora qoyub.

Araşdırmamız davam edir.

365info.az

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group

loading...
loading...