Gündəm

Metroda bahalaşma xəbəri yayıldı: “Cənab prezident, qoymayın!!!” - Təcili

7-06-2017, 06:03
Son günlər metroda gediş haqqının artırılacağı barədə xəbərlər yenidən gündəmə gəlib

Ulus.Az xəbər verir ki, gediş haqqının artırılaraq 30 qəpik müəyyənləşdiriləcəyi deyilir.

Məsələnin gerçəkliyini öyrənmək üçün lent.az-ın əməkdaşı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlayıb. N.Paşayev bildirib ki, bu məsələ hazırda müzakirə edilmir:

“Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Tarif Şurası belə bir qərar verərsə, o zaman biz bu qərara görə addım atacağıq. Lakin bizim tərəfimizdən Tarif Şurasına qiymət artımı ilə bağlı heç bir təklif və ya tələb olmayıb. Metroda gediş haqqının qiymətini Tarif Şurası müəyyənləşdirir”.

Tarif Şurasından açıqlıama verilməyib.

Elektrik enerjisinin bahalaşması Metropoliten rəhbərliyinə bu addımı atmaq üçün ikiqat fürsət qazandırıb.

Amma hələlik ictimai rəy testdən keçirilir və cəmiyyətin reaksiyası öyrənilir. Bu məqsədlə mətbuatda Bakı Metropoliten QSC-nin zərərlə işləməsi haqda statistik məlumatlar yayılır. Belə ki, ötən ilin 9 ayında sərnişin daşınmasından zərər 52.4 milyon manatdan çox olub.

İlin 3 rübündə ödənilən gediş haqlarının məbləği 30 milyon 643.5 min manat, metropolitenin xərcləri isə 83 milyon 118.1 min manat olub. Buraya metroda reklam və ticarət yerlərinin icarəsindən əldə olunan vəsait daxil deyil.

Xərclərin artımı, eləcə də ödəniş edən sərnişin sayının azalması sərnişindaşımanın maya dəyərinə də təsir göstərib. Ötən ilin birinci yarısında bir nəfərin daşınması 52.4 qəpiyə başa gəlirdisə, 9 ayda bu göstərici 52.7 qəpiyə yüksəlib və bu, son hədd deyil.

Ulus.Az xəbər verir ki, artım olarsa aztəminatlı təbəqənin cibinə növbəti zərbə dəymiş olacaq. Çünki metrodan əhalinin imkansız təbəqəsi istifadə edir.

Bir neçə dəfə gediş haqlarının artırılacağı haqda xəbərlər yayılıb. Amma N.Paşayev təkzib edib. Bu il isə vəziyyət fərqlidir, itkilər və xərclər çoxalıb, istər-istəməz qiymət artımına gedilə bilər.

Yalnız prezidentin müdaxiləsi bu prosesin qarşısını ala bilər. Elə sosial şbəəkələrdə də “Cənab prezident, qoymayın, imkan verməyin ki, Tarif Şurasına yenə bizə “sürpriz” eləsin” tipli statuslar yazılır.

Bunun üçün müəyyən zəmin nra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı. O zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər.

Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. “Bakı Metropoliteni” QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb.

Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər.

Azərbaycanda əhalinin orta aylıq gəlirləri beynəlxalq müqayisələrdə çox aşağıdır, belə olan halda müxtəlif ölkələrdə qiymətlər deyil, nəqliyyat xidmətinə sərf olunan xərclərin orta aylıq əmək haqqında xüsusi çəkiləri müqayisə olunmalıdır.

İkincisi, metroda gediş haqqı inflyasiya hesablamaq üçün təsdiq olunmuş 585 adda mal və xidmətdən ibarət istehlak səbətində xüsusi çəkisi ilk beşliyə daxil olan məhsul və xidmətlərin siyahısına daxildir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]