Gündəm

Mehman Qələndərova hüzür məclisi keçiriləcək

11-05-2017, 01:38
Bakı İstintaq Təcridxanasında müəmmallı şəkildə həyatına son qoyulmuş siyasi məhbus Mehman Qələndərova hüzür məclisi keçiriləcək. Xeberman.com-un verdiyi məlumata görə, bu barədə elanı hüquq müdafiyəçisi Oktay Gülaliyev özünün facebook səhifəsində yazıb. Xeberman.com saytı həmin elanı oxuyuculara təqdim edir.
Bakı İstintaq Təcridxanasında müəmmallı şəkildə həyatına son qoyulmuş siyasi məhbus Mehman Qələndərovun ölümünü ört- basdır etmək, xəlvətcə dəfn edib qəbrini gizlətmək istədilər, indisə onu unutdurmağa çalışırlar.
Amma özləri bir şeyi unudurlar; Mehmanın qohumlarını qorxudub, hansısa yollarla onları susdura, hətta ondan imtina da etdirə bilərlər. Lakin onun əqidə və mübarizə dostları olaraq biz ondan heç zaman vaz keçmədik və keçməyəcəyik də. Mehmanın ölümünə göz yummadıq və yummayacağıq da...
Bir daha Mehmanı yad etmək, ona ehtiramımızı, dəstəyimizi bildirmək üçün mərhum dostumuzun hüzür məclisini keçirmək istəyirik. Məclis 6- cı gün saat 12.00- da başlayır. Fərq qoymadan bütün ictimai- siyasi fəalları dəvət edirik...
Qoy hakimiyyət dərk etsn ki, sıralarımızdan hansısa əqidə dostumuzu zəif və kimsəsiz bilib onu məhv edə bilməz. Biz bütün dostlarımızla bərabərik, sona qədər onların yanında və arxasındayıq!
Qeyd. Adlarını mesaja tağ etdiyim bütün şəxsləri məclisdə görmək istərdik, yerlə bağlı əlavə məlumat veriləcək...

Administratorla əlaqə

077 611-55-22

[email protected]