Gündəm

Vahid Ələkbərovun Permdəki zavodu yanır

5-05-2017, 11:40
Vahid Ələkbərovun Permdəki zavodu yanır“Lukoyl”un Rusiyanın Perm şəhərindəki neftayırma zavodunda yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb. Gecə başlayan yanğını yalnız səhər 08:00-da lokallaşdırmaq mümkün olub. FHN yanğının hələ də söndürülmədiyini bildirib. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, “Lukoyl” şirkəti əslən azərbaycanlı milyarder Vahid Ələkbərova məxsusdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]